Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

04.09.2021 - 19:30

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir 

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 78 604 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 000 nəfərdir.

 

Bu günədək vurulan vaksinlərin ümumi sayı 7 174 292, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 329 571, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 844 726 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş