Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

31.08.2021 - 21:03

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir 

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 116 709 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 737 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 6 805 740, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 113 716, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 692 024 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş