"/>

Məşhur tikinti şirkəti ətrafında yeni qalmaqal: <font color=red> Tərəflər "döyüşə" hazır vəziyyətdədir</font>

Cəmiyyət

11.12.2019 - 19:00

Həm narazı sakinlər, həm də “Şərur” MTK məhkəməyə üz tuta bilər

 

Xətai rayonu Nəsrəddin Tusi küçəsi 22A (əvvəlki ünvan Gəncə prospekti 29/80-81) ünvanda "Şərur" MTK-ya məxsus olan "Universal Servis" MMC tərəfindən 2005-2006-cı illərdə inşa olunmuş və 10 ildən artıqdır sakinlərin faktiki istifadəsinə verilmiş bina sakinlərindən şikayət var. Həmin binada yaşayan Əmlak Ekspert Mərkəzinin (ƏEM) rəhbəri Ramil Osmanlı AYNA-ya deyib ki, hər biri 128 mənzildən ibarət olan, 2 ədəd 1 bloklu çoxmənzilli binanın bir qrup sakini 10 il yaşadığı evini qeydiyyata aldıra bilmir.

 

““Şərur” MTK-ya etdiyimiz çoxsaylı müraciətlərə baxmayaraq, binaların istismara qəbulu və qeydiyyata alınması üçün şirkət addım atmayıb. 19 fevral 2019-cu il tarixində ölkə rəhbərinin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanı ilə ötən ay bizim yaşadığımız binalar da istismara qəbul olundu. Amma "Şərur" MTK rəhbərliyinin qanunsuz tələbləri 200-dən artıq ailənin konstitusion hüquqlarının təmin olunmasına əngəl yaradır. Məlumat üçün bildirim ki, qanunvericiliyin tələblərinə uyğun olaraq istismara verilmiş yeni çoxmənzilli binalarda ilkin qeydiyyat üçün tələb olunan sənədlər - MTK-ya borcun olmamasına dair maliyyə arayışı və MTK-nın protokolundan çıxarışdır”, - Osmanlı bildirib.

Raminə Eyvazqızı