Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

28.08.2021 - 19:57

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir 

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 101 101 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 451 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 6 594 858, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 990 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 604 804 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş