Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

14.08.2021 - 20:44

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir 

 

Azərbaycanda son gündə COVID-19 əleyhinə 68 204 vaksin vurulub.

 

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 48 370, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 19 834 nəfərdir.

 

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 5 739 342, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 380 387, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 358 955 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş