ÜST COVID-19-la bağlı fövqəladə vəziyyət rejiminin müddətini uzadıb

Dünya

30.01.2023 - 16:39

Qebreyesus komitənin hazırkı pandemiyaya dair tövsiyəsi ilə razılaşıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılması ilə əlaqədar 2020-ci ilin yanvarından bəri qüvvədə olan dünya səhiyyəsində fövqəladə vəziyyət rejiminin müddətini daha 3 ay uzadıb.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ÜST-nin Cenevrədəki mənzil-qərargahında təşkilatın Fövqəladə Komitəsinin iclasının yekunlarına dair məlumatda qeyd edilib.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus komitənin hazırkı COVID-19 pandemiyasına dair tövsiyəsi ilə razılaşıb.

Bildirib ki, bu pandemiya beynəlxalq əhəmiyyət kəsb edən ictimai səhiyyədə fövqəladə vəziyyət nümayiş etdirməkdə davam edir.

Müəllif: Ayna.az