ÜST beynəlxalq fövqəladə vəziyyət elan etdi

Dünya

31.01.2020 - 01:21

Həkimlər Klinikalar SEO Xidməti

Təhlükəli virus sürətlə yayılmaqdadır 

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun sürətlə yayılması səbəbindən beynəlxalq fövqəladə vəziyyət elan edib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, qərar ÜST-ün  bu gün keçirilən iclasında qəbul olunub. Təşkilatın baş direktoru Tedros Adhan Qebreyesus xəstəliyin “görünməmiş” sürətlə yayıldığını bildirib. Bununla belə, ÜST virus səbəbindən insanların və məhsulların bir ölkədən digərinə daşınmasına məhdudiyyətlər qoyulmasını tövsiyə etməyib.

 

Məlumata görə, hazırda bütün dünyada 7834 nəfər bu virusun daşıyıcısıdır. Onlardan 7736-sı Çində, 98-i isə ayrı-ayrı ölkələrdə qeydə alınıb. 1370 nəfərin vəziyyəti ağırdır. 171 nəfər isə dünyasını dəyişib. 12 min 167 nəfərdə isə xəstəlik şübhəsi mövcuddur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş