Lyayen: "Daha geniş regional eskalasiyanın qarşısını almaq çox vacibdir"
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə Fələstin dövlətinin Prezidenti Mahmud Abbas arasında telefon danışığı olub.
AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidentinin "X" hesabında bildirilib.
"HAMAS tərəfindən xəyanətə məruz qalan Fələstin xalqı çox çətin günlər keçirir. Həyatını itirən günahsız insaların ailələrinə dərin hüznlə başsağlığı verdim. Açıq şəkildə bildirdim ki, HAMAS terrorçuları ilə mübarizədə İsrail mülki insanların həyatını qorumağa çalışmalı və beynəlxalq humanitar hüquqa hörmət etməlidir", - deyə Fon der Lyayen qeyd edib.
Avropa Komissiyasının Prezidenti vurğulayıb ki, Avropa İttifaqı fələstinlilərin humanitar ehtiyaclarını ödəmək üçün tərəfdaşları ilə işləyir.
"Daha geniş regional eskalasiyanın qarşısını almaq çox vacibdir. Aİ Komissiyası sülhə doğru davamlı həll yolu tapmaq üçün bütün səyləri dəstəkləyəcək", - deyə o vurğulayıb.