Ukraynaya 44 qanadlı raket və kamikadze dronu ilə hücum edilib

Dünya

30.08.2023 - 15:02

cedabet dərman SEO Xidməti

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 43 hədəfi məhv edib

Ötən gecə Rusiya ordusu qanadlı raketlər və “Şahed” kamikadze dronları ilə Ukraynaya hücum edib. AYNA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı “Telegram”da yazıb.

Komandan deyib ki, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 44 hava hədəfindən 43-nü vura bilib.

“Bunlardan 28-i qanadlı raket olub. Hava hücumundan müdafiə qüvvə və vasitələri Kiyev, Çerkassı, Odessa və Nikolayev vilayətlərində 28 qanadlı raketin və 15 pilotsuz hücum təyyarəsinin hamısını məhv edib”, - deyə Zalujnı qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş