Ukraynanın vurduğu raketin parçaları Moldovada yaşayış məntəqəsinə düşüb

Dünya

31.10.2022 - 15:19

Həkimlər Klinikalar SEO Xidməti

Bəzi binaların pəncərələri sınıb, xəsarət alan olmayıb

Ukrayna hərbçiləri tərəfindən vurulan raketin parçaları Moldovanın yaşayış məntəqələrindən birinə düşüb. Bəzi binaların pəncərələri sınsa da, xəsarət alan olmayıb. AYNA xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Ukraynanın Vinnitsa vilayəti ilə sərhəddə yerləşən Naslavça kəndinə raket parçaları düşüb. Ərazi nəzarətə alınıb, müstəntiqlər hadisə yerindədirlər. Hadisə nəticəsində xəsarət alan olmayıb”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, bu gün Rusiya ordusu tərəfindən Ukraynanın şəhərlərinə raketlər atılıb. Ukrayna Müdafiə Nazirliyinin açıqlamasına görə, atılan 50 raketin 44-ü vurularaq zərərsizləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş