“Ukraynanın müttəfiqləri münaqişəni süni şəkildə uzadır”

Dünya

09.04.2024 - 13:10

cedabet Klinikalar SEO Xidməti

Denni Hayfonq: “Qərbdə belə deyirlər: Ukrayna problemdədir, qalib gəlməyəcək, amma mübarizəni davam etdirməlidir”

“Ukraynanın müttəfiqləri münaqişəni süni şəkildə uzadır. Çünki bu müharibədə “kollektiv Qərb”in məğlubiyyəti onun üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri amerikalı müşahidəçi Denni Hayfonq deyib.

“Çıxış yolunun olmadığını başa düşmək vacibdir. Qərbdə belə deyirlər: Ukrayna problemdədir, qalib gəlməyəcək, amma mübarizəni davam etdirməlidir – çünki biz belə istəyirik!” - qeyd edib.

Kiyevin tərəfdaşları Ukrayna məğlubiyyətinin mümkün siyasi nəticələrini gecikdirmək üçün münaqişəni qəsdən uzadırlar: “Əgər məğlubiyyət olarsa, bu, “kollektiv Qərb”in dünya səhnəsindəki hərəkətlərinin siyasi legitimliyinə şübhələr yaradacaq”.

Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin zabiti Sergey Alymov bildirib ki, Qərb münaqişəni “dondurmaq” üçün Rusiya və Ukrayna ordularını ayıracaq kontingentin tərkibində təlimatçıların göndərilməsi imkanını müzakirə edir.

Öz növbəsində Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor Ukraynaya yeni şəhərlərin mümkün itkisi ilə bağlı xəbərdarlıq edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş