Kəndlərdə ukraynalı diversantlarla rus hərbçiləri arasında döyüş baş verib
Ukraynanın diversiya-kəşfiyyat qrupu martın 14-də səhər saatlarında Rusiyanın Belqorod vilayətinin ərazisinə daxil olub. AYNA xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb. Bildirilib ki, Spodaryuşino kəndi ərazisində ukraynalı diversantlarla rus hərbçiləri arasında döyüş baş verib.
“Shot” kanalının mənbəsinin məlumatına görə isə diversantlar Ukraynanın Popovka kəndindən kəndə yaxınlaşıblar. Atəş zamanı 12 diversant, həmçinin iki “Bradley” piyada döyüş maşını məhv edilib.
“Shot” “Telegram” kanalı iddia edir ki, ümumilikdə Ukrayna diversantları təxminən 30 nəfərdən ibarət olub. Onların hücumunu dəf etmək üçün hərbi təyyarələr havaya qaldırılıb.
Rusiyanın hərbi müxbiri Aleksandr Kots bildirib vurğulanıb ki, Ukrayna tərəfdən tanklar və piyadaların döyüş maşınları döyüş meydanına çəkilir.
Qeyd edək ki, Belqorod vilayəti səhər saatlarından atəşə tutulub. Xüsusilə, Ukrayna artilleriyası Belqorodu vurub. Qubernator Vyaçeslav Qladkovun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri şəhərə yaxınlaşarkən 8 hava hədəfini vurub. Mərmilərdən biri avtomobilə dəyib, sürücü həlak olub.
Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətinin Tetkino və Nexotevka və Spodaryuşino rayonlarına edilən hücumun dəf edildiyini bildirib. Federal Təhlükəsizlik Xidməti (FSB) bildirib ki, döyüşlər zamanı 100 nəfər, 6 tank, 20 “Sezar” zirehli texnikası və özüyeriyən artilleriya qurğusu məhv edilib.
Rusiya Prezidenti Vladimir Putin Ukraynanı təxribat hücumları ilə prezident seçkilərinə müdaxilə etməkdə günahlandırıb. Dövlət başçısının sözlərinə görə, “hücumlar Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğursuzluqları fonunda baş verir. Buna görə də Kiyev təxribat yolu ilə “informasiya effekti” əldə edir”.