Ukraynada parlament seçkiləri təxirə salındı

Dünya

17.08.2023 - 13:47

cedabet dərman SEO Xidməti

Ali Radaya seçkilərin nə zaman keçiriləcəyi bəlli deyil

Ukraynada oktyabrda keçirilməli olan parlament seçkiləri təxirə salınır.  AYNA Ukrayna mediasına istinadən bildirir ki, səbəb Prezident Volodimir Zelenskinin hərbi vəziyyətlə bağlı imzaladığı fərmandır.

Qeyd edək ki, Zelenskinin imzaladığı fərmana əsasən ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün müddətinə - noyabrın 15-dək uzadılıb.

Ukrayna qanunlarına görə, hərbi vəziyyətin qüvvədə olduğu müddətdə ölkədə seçkilər keçirilə bilməz.

Ali Radaya seçkilərin nə zaman keçiriləcəyi bəlli deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş