Ukraynada koronavirusdan ölənlərin sayı artıb

Dünya

01.04.2020 - 09:52

Həkimlər Klinikalar SEO Xidməti

Ukraynada koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Ukraynada koronavirusa yoluxanların sayı 645 nəfərə çatıb.

 

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son sutka ərzində 96 nəfər koronavirusa yoluxub. Ukraynanın 15 vilayətində koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan ölənlərin sayı isə 17 nəfərə çatıb.

 

Qeyd edək ki, aprelin 24-dək ölkədə bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş