Ukraynada koronavirusa yoluxanların sayı 23 minə yaxınlaşır

Dünya

29.05.2020 - 11:47

Koronavirusa yoluxanların sayı artmaqda davam edir

 

Ukraynada daha 429 nəfərdə koronavirus aşkarlanıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

 

Bildirilib ki, bununla da ölkədə yoluxma hallarının sayı 22 811-ə çatıb.

 

Məlumata görə, son sutkada Ukraynada daha 10 pasiyent koronavirusun qurbanı olub. Ümumilikdə ölənlərin sayı 679-a yüksəlib.

 

Qeyd olunub ki, indiyədək Ukraynada 8 934 pasiyent koronavirusdan sağalıb.

Müəllif: Ayna.az