Ukraynada da karantin rejiminin müddəti uzadılıb

Dünya

10.12.2020 - 04:27

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bütün dünyada tədbirlər davam etdirilir 

 

Ukraynada koronavirusla bağlı karantin rejimi 2021-ci il fevralın 28-dək uzadılıb. AYNA xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin ötən gün keçirilən iclasında qərar qəbul edilib.

 

Qərara əsasən, ölkədə sərt karantin rejimi yanvarın 8-dən 24-dək tətbiq ediləcək.

 

Qeyd edək ki, Ukraynada karantin rejiminin müddəti dekabrın 28-dək uzadılmışdı.

Müəllif: Ayna.az