Ukraynada Baş Prokurorluq ləğv edilir

Dünya

27.12.2019 - 01:56

Həkimlər Klinikalar SEO Xidməti

"Həmin andan Baş Prokurorluq institut kimi fəaliyyət göstərməyəcək"

 

Ukraynada 2019-cu ilin son günlərində fəaliyyətini dayandıracaq Baş Prokurorluğun əvəzinə 2020-ci il yanvarın 2-dən yeni hakimiyyət orqanı – Baş Prokurorun Ofisi işə başlayacaq.

 

 AYNA-nın məlumatına görə, bu barədə “İnterfaks-Ukrayna”ya qurumun başçısı Ruslan Ryaboşapka danışıb.

 

“Biz öz işimizi yanvarın 2-dən başlayırıq. Həmin andan Baş Prokurorluq institut kimi fəaliyyət göstərməyəcək”, - Ryaboşapka bildirib. Onun sözlərinə görə, attestasiya və qurumun strukturunun yenilənməsindən sonra Baş Prokurorluğun 2,5 min əməkdaşından 1,5 minə yaxın insan qalacaq.

 

20 yanvar tarixindən isə vakant vəzifələrə əlavə seçim aparılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş