Ukrayna və Azərbaycan üç ay ərzində səhiyyə sahəsində əməkdaşlığın yol xəritəsini imzalamağı planlaşdırırlar
Ukrayna və Azərbaycan üç ay ərzində səhiyyə sahəsində əməkdaşlığın yol xəritəsini imzalamağı planlaşdırırlar.
AYNA.AZ xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko 27-ci Azərbaycan Beynəlxalq Tibbi İnnovasiyalar Sərgisində (Medinex 2025) "İkitərəfli Əczaçılıq Danışıqları: Dialoqdan Əməkdaşlığa - Ukrayna və Azərbaycanın Əczaçılıq Potensialı" sessiyasında bildirib.
Nazir qeyd edib ki, "üç ay ərzində bugünkü danışıqların nəticələrinə, bir ildən sonra isə həyata keçirilən razılaşmaların nəticələrinə əsaslanan yol xəritəsinin tərtib olunmasını istəyirik".
Lyaşko tərəflər arasında aktiv qarşılıqlı əlaqənin vacibliyini vurğulayıb və əldə edilən razılaşmaların praktiki şəkildə həyata keçirilməsinə çağırıb.