“Ukrayna sammiti sülh müqaviləsinin imzalanması ilə bitməyəcək”

Dünya

07.06.2024 - 13:31

Həkimlər Klinikalar SEO Xidməti

Viola Amherd: “Qarşıdan gələn sammit sülh konfransı deyil, Ukraynada sülhə dair konfransdır”

İyunun 15-16-da Bürgenstokda baş tutacaq Ukrayna sammiti sülh müqaviləsinin imzalanması ilə bitməyəcək. AYNA “Frankfurter Allgemeine Zeitung”a istinadən xəbər verir ki, bu barədə İsveçrə Prezidenti Viola Amherd deyib.

Onun sözlərinə görə, sammit nəticəsində sülhü bərqərar etmək imkanı olmayacaq: “Çünki bunun baş verməsi üçün münaqişənin iki tərəfi danışıqlar masası arxasına əyləşməlidir. Bu konfransla biz ilk addım olaraq Ukraynada sülhün necə əldə oluna biləcəyini müzakirə edəcəyimiz bir dialoq platforması yaratmaq istəyirik”.

Prezident qeyd edib ki, qarşıdan gələn sammit sülh konfransı deyil, Ukraynada sülhə dair konfransdır.

Amherd həmçinin qeyd edib ki, Rusiya konfransda iştirak edə bilər.

Prezident əlavə edib ki, sammitin mühümlüyü burada təkcə Qərb dövlətlərinin deyil, Qlobal Cənub ölkələrinin də iştirakıdır.

“İsveçrə Rusiyanı dəvət etmək istəyirdi, Moskva hələ dəvət göndərilməmişdən əvvəl iştirak etməyəcəyini açıq şəkildə bildirdi”, - İsveçrə Prezidenti vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş