"Ukrayna Rusiya ilə danışıqlardan imtina etmir, amma bir şərtlə" - Podolyak

Dünya

07.11.2022 - 20:53

Həkimlər Klinikalar SEO Xidməti

Podolyak Ukraynanın danışıqlarda mövqeyinin açıq olduğunu deyib

Ukrayna Rusiya ilə danışıqlardan imtina etmir, amma ilk növbədə Kreml ən vacib işi görməlidir - qoşunlarını ərazimizdən çıxarmalıdır.

AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak özünün tviter hesabında yazıb.

“Başa düşmək lazımdır: Ukrayna heç vaxt danışıqlardan imtina etməyib. Bizim danışıqlarda mövqeyimiz məlum və açıqdır: 1. Öncə Rusiya Ukraynadan qoşunlarını çıxarır. 2. Sonra qalan şeylər”, - M.Podolyak qeyd edib.

Prezident Ofisi rəsmisinin sözlərinə görə, Kiyev danışıqları qiymətləndirməkdə konstruktivdir. Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin danışıqlar masası arxasına oturmağa hazır deyil, bununla əlaqədar Rusiyanın növbəti prezidenti ilə danışıqlar aparmaq lazım olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş