Ukrayna Prezidenti Fransaya gedir

Dünya

08.02.2023 - 19:19

Zelenski fevralın 8-də Parisə yola düşəcək

Ukrayna Prezidenti Volodimir Zelenski London səfərindən sonra Fransanın paytaxtı Parisə yola düşəcək. AYNA xəbər verir ki, məlumatı BFM TV yayıb.

Məlumata görə, o, Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

Bildirilib ki, Volodimir Zelenski fevralın 8-də Parisə yola düşəcək.

Qeyd edək ki, fevralın 8-də Ukrayna Prezidenti Böyük Britaniyada səfərdə olub, Krallığın Baş naziri Rişi Sunakla görüşüb.

Müəllif: Ayna.az