Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini işğaldan azad edib

Dünya

31.12.2022 - 08:53

Həkimlər Klinikalar SEO Xidməti

Novoselivske qəsəbəsi Ukrayna Ordusunun nəzarətindədir

Ukrayna Ordusunun “Kraken” xüsusi bölməsi və Koş atamanı İvan Serko adına 92-ci ayrı mexanikləşdirilmiş briqada ölkənin Luqansk vilayətinin Novoselivske qəsəbəsini Rusiyanın işğalından azad edib.

AYNA xəbər verir ki, bu barədə “Kraken” "Telegram"da məlumat yayıb.

“Hücum zamanı düşmən yaşayış məntəqəsindən sıxışdırılıb çıxarılıb, düşmən texnika və canlı qüvvədə itki verib, işğalçıların bir qismi əsir götürülüb. Kənd Ukrayna Ordusunun nəzarətindədir”, - bölmə açıqlayıb.

Eyni zamanda, hərbçilərin həmin yaşayış məntəqəsində apardığı hərbi əməliyyatların videogörüntüləri də dərc olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş