Toplantı Brüsseldə səfirlər səviyyəsində keçiriləcək
Kiyevin xahişi ilə yanvarın 10-da Ukrayna-NATO Şurasının iclası keçiriləcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Şimali Atlantika Alyansının rəsmi nümayəndəsi Dilan Uayt deyib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Şuranı Rusiyanın raket zərbələri və PUA hücumlarının intensivləşməsi fonunda çağırır.
Toplantı Brüsseldə səfirlər səviyyəsində keçiriləcək.
Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba yanvarın 3-də Ukrayna-NATO Şurasının fövqəladə iclasını çağırmağı planlaşdırdığını açıqlamışdı.