Ukrayna kəşfiyyatı: “Rusiyada hərbi vəziyyət elan oluna bilər”

Dünya

14.01.2023 - 15:36

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyanın savaşı davam etdirmək üçün bütün resursları istifadə etməyə çalışdığı bildirilib

Rusiyada hərbi vəziyyət elan oluna bilər. AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, Rusiya uzunmüddətli müharibəyə hazırlaşır: “Qarşı tərəfin ölkə iqtisadiyyatını və hərbi-sənaye kompleksini yenidən təşkil etməsi bunu göstəricisidir”.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin iqtisadiyyatın və hərbi sənaye kompleksinin yenidən təşkili ilə bağlı həyata keçirdiyi tədbirlər Moskvanın hərbi vəziyyətin tətbiqinə hazırlıqlarından xəbər verir: “Rusiya savaşı davam etdirmək üçün bütün resursları istifadə etməyə çalışır. Ukraynadakı qoşunlara yeni komandanın təyin olunması da Kremlin uzunmüddətli və genişmiqyaslı işğala hazırlaşdığını göstərir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş