Ukrayna COVID-19-un pik həddini arxada qoydu

Dünya

28.05.2020 - 14:22

Viktor Lyaşko: “Bir ay müddətində koronavirusa yoluxmanın sıfıra düşməsini gözləyirik”

 

Ukrayna koronavirusun pik həddini keçib. AYNA xəbər verir ki, bu barədə ölkənin Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Anatoli Zaqorodni bildirib.

 

Zaqorodni martın 13-də verilən proqnozun özünü doğrultduğunu qeyd edib: “Ən yüksək yoluxma may ayının ilk həftəsində baş verdi. Artıq pik həddin keçdiyini görürük. Amma gündəlik yoluxmaların sayını azaltmaq niyyətindəyik".

 

O, əlavə edib ki, əgər Ukraynada karantin tətbiqi cəmi bir həftə geciksəydi, yoluxma indikindən 3-4 dəfə çox olardı.

 

Ukraynanın Baş sanitarı Viktor Lyaşko isə bildirib ki, bir ay müddətində COVID-19-a yoluxmanın sıfıra düşməsini gözləyirlər.

 

Son məlumatlara görə, Ukraynada ümumilikdə 22 min 382 təsdiqlənmiş COVID-19 xəstəsi olub. Onlardan 669 xəstə ölüb, 8 min 439 nəfər sağalıb.

Müəllif: Ayna.az