Blinken: “Danimarka və Niderland ilk “F-16”ların təhvil verilməsi prosesinə başlayıb”
ABŞ və müttəfiqləri Ukraynaya “F-16” qırıcıları göndərir. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib.
“Danimarka və Niderland ilk “F-16” qırıcılarının Ukraynaya təhvil verilməsi prosesinə başlayıb”, - o qeyd edib.
A.Blinkenin sözlərinə görə, qırıcılar bu yay Kiyevə daxil olacaq.