Ukrayna Baş Qərargahı: “Son sutkada Rusiyanın 9 PUA-sı vurulub”

Dünya

24.12.2022 - 12:30

Həkimlər Klinikalar SEO Xidməti

70-dən çox hərbçinin yaralandığı bildirilir

“Son sutkada Rusiyanın 9 PUA-sı vurulub”.

AYNA xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.

Bildirilib ki, qarşı tərəf itkilər verməkdə davam edir:

“Düşmənin 70-dən çox hərbçisi yaralanıb. Məhv edilənlərin sayı dəqiqləşdirilir. Ukrayna aviasiyası gün ərzində şəxsi heyətin cəmləşdiyi ərazilərə və zenit-raket komplekslərinə 13 zərbə endirib”.

Həmçinin bildirilib ki, Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri 2 idarəetmə məntəqəsini, 2 sursat anbarını və Rusiya Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi 11 ərazini vurub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş