Ukrayna Almaniyadan “Patriot” sistemi alıb

Dünya

02.11.2025 - 23:11

“Hər bir hava hücumundan müdafiənin təkmilləşdirilməsi Ukraynanı müharibəni bitirməyə yaxınlaşdırır”

Ukrayna Almaniyadan “Patriot” hava hücumundan müdafiə sistemləri alıb. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, bu barədə Prezident Volodimir Zelenski deyib.

Ukrayna lideri bildirib ki, ölkəsinin hava hücumundan müdafiə sisteminin daha da gücləndirilməsi ilə bağlı danışıqlar davam edir: "Biz hava hücumundan müdafiə sistemimizin “Patriot” komponentini gücləndirmişik. Mən Almaniyaya və şəxsən kansler Fridrix Merzə insanların Rusiya terrorundan qorunması üçün atdığı bu birgə addıma görə təşəkkür edirəm".

“Hər bir hava hücumundan müdafiənin təkmilləşdirilməsi Ukraynanı müharibəni bitirməyə yaxınlaşdırır. Tərəfdaşlarımızla birlikdə etibarlı hava hücumundan müdafiə sisteminin yaradılması üzərində işləməyə davam edirik. Bizim imkanlarımız lazım gəldikdə təkcə Ukraynanın deyil, həm də tərəfdaşlarımızın təhlükəsizliyinə təminat verə biləcək", - deyə vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş