Tərəflər İranla mümkün nüvə sazişini müzakirə ediblər
İsrailə səfər edən ABŞ Prezidentinin sülhməramlı əməliyyatlar üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və İsrail Baş naziri Benyamin Netanyahu Qüdsdə görüşüblər. AYNA.AZ xəbər verir ki, Uitkoffun İsrailə səfəri İran ətrafında artan gərginlik fonunda baş tutub.
“Axios”un məlumatına görə, tərəflər danışıqlar zamanı İranla mümkün nüvə sazişini müzakirə ediblər.
Bildirilib ki, görüş üç saat davam edib.