"Çin sabah Vladimir Putinə zəng edib bu müharibəyə son qoya bilər”
“Çin Ukraynadakı münaqişəyə telefon zəngi ilə son qoya bilər”. AYNA.AZ “Bloomberg”ə istinadən bildirir ki, bu sözləri ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Münxen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı deyib.
"Çin sabah Vladimir Putinə zəng edib bu müharibəyə son qoya bilər”, - deyəq eyd edib.
O həmçinin Pekinin Rusiya neft və qazını almağı dayandıra biləcəyinə inanır.
Qeyd edək ki, Çin xarici işlər naziri Vanq Yi ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşərkən əvvəllər Ukraynadakı münaqişənin həlli ilə bağlı müxtəlif dialoqların son zamanlar aktiv şəkildə irəlilədiyini "xoş gördüklərini" bildirsə də, Çinin mövqeyinin dəyişməz qaldığını vurğulayıb.