İran, Rusiya və Türkiyə prezidentləri Suriya böhranını müzakirə ediblər
“İran heç nəyə baxmayaraq, Suriya xalqına və dövlətinə öz dəstəyini göstərəcək”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın Prezidenti Həsən Ruhani Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirilən videokonfransda deyib.
O bildirib ki, dünya dövlətləri koronovirus pandemiyasından əziyyət çəkir. Suriya xalqı isə ikiqat əziyyət çəkir. Bir tərəfdən koronovirus, digər tərəfdən isə xarici müdaxilə nəticəsində baş verən silahlı münaqişə xalqı ağır vəziyyətə salıb. İran Prezidenti Suriyaya humanitar yardımların artırılmasını təklif edib.
İran, Rusiya və Türkiyə prezidentləri görüşün yekunlarına dair birgə bəyanat qəbul ediblər.