Türkmənistan Xalq Məsləhətinin Sədri Azərbaycana gəlib

Xəbərlər

07.10.2025 - 10:41

Qurbanqulu Berdiməhəmmədovu hava limanında rəsmi şəxslər qarşılayıblar

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 7-də Azərbaycana səfərə gəlib.

AYNA.AZ xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovu hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Türkmənistan Xalq Məsləhətinin Sədri Azərbaycana gəlib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş