Mehriban Əliyeva: “Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm”

Xəbərlər

18.08.2019 - 15:53

Birinci vitse-prezident: “Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm”

 

“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim. Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm”.

 

AYNA xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Instagram" səhifəsində yer alıb.

 

“Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub.

Allah rəhmət eləsin.

Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!”, - deyə M.Əliyeva yazıb.

Müəllif: Ayna.az