Türkiyənin Müdafiə Nazirliyindən ordumuza təbrik

Xəbərlər

26.06.2020 - 17:24

“Qardaşlarımızla hər zaman bir və bərabər olmağa davam edəcəyik”

 

Türkiyənin Müdafiə Nazirliyi 26 İyun - Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə təbrik mesajı ünvanlayıb. AYNA xəbər verir ki, bununla bağlı TMN-nin rəsmi “Twitter” səhifəsində paylaşım edilib.

 

“Azərbaycan Silahlı Qüvvələrin yaranmasının 102-ci ildönümünü münasibətilə təbrik edirik. “Bir millət - iki dövlət” qardaşlarımızla hər zaman bir və bərabər olmağa davam edəcəyik”, - deyə paylaşımda qeyd edilib.

Müəllif: Ayna.az