Almaniyadan Azərbaycana kütləvi deportasiya gözlənilir

Xəbərlər

18.10.2019 - 11:54

Həkimlər Klinikalar SEO Xidməti

Səhər 6 radələrində deport olunacaq ailələri aparıblar

 

Bu gün Almaniyadan Azərbaycana 17 nəfərin deportasiyası gözlənilir. AYNA-ya bu barədə Almaniyada yaşayan azərbaycanlı hüquqşünas, “Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib.

 

Ə.Əliyevin bildirdiyinə görə, belə ki, ikinci dəfə də qaçqın statusu haqqında müraciətinə rədd cavabı verilən, məhkəmə proseslərini uduzan və növbəti dəfə sığınacaq axtaran şəxs kimi ərizəsi qəbul edilməyən daha 5 ailənin bu gün səhərə yaxın yaşayış yerlərindən aparılması üçün polisin və təcili yardım maşınlarının səhərə yaxın saat 4-də qaçqın düşərgəsinə gəliblər. Səhər 6 radələrində isə deport olunacaq ailələri aparıblar.

 

"Təəssüf edirik ki, onların arasında 3 uşağı epilepsiya xəstəliyindən əziyyət çəkən, Ortenburq şəhərində (Bavariya) yaşayan Abdullayev Elşad adlı soydaşımızın da ailəsi var. Həmin ailəyə verilən imtina cavabında Azərbaycan Səhiyyə Nazirliyinin hesabatına istinad edilib və epilepsiya xəstələrinin Azərbaycanda problemsiz müalicəsinin mümkünlüyü qeyd olunub", - deyə hüquqşünas qeyd edib.

 

Əlövsət Əliyevin dediyinə görə, daxil olan məlumatlar təsdiq olunarsa, bu gün Azərbaycana deport olunanların sayı 17 nəfər olacaq.

Müəllif: Ayna.az