Xəsarət alan bir hərbçi isə dərhal xəstəxanaya çatdırılıb
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Haftanin bölgəsində “Pəncə-Qaplan” antiterror əməliyyatını keçirən birliyi terrorçuların raket atəşinə məruz qalıb.
AYNA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, raket mərmisinin partlaması nəticəsində hərbçilər Harun Aslan və Gökhan Kılınçın şəhid olduqları bildirilir. Xəsarət alan bir hərbçi isə dərhal xəstəxanaya çatdırılıb.