Türkiyənin Finlandiyadakı səfirliyinə hücum edilib

Dünya

25.10.2023 - 23:32

cedabet dərman SEO Xidməti

Maskalı şəxslər boya və tüstü bombaları ilə hücum edib

Türkiyənin Finlandiyadakı səfirliyinə hücum edilib. AYNA NTV-yə istinadən xəbər verir ki, səfirliyin girişinə boya və tüstü bombaları ilə hücum edilib.

Helsinki polisinin sosial media hesabında edilən paylaşımda səfirlikdə görünən tüstüdən sonra polis və xilasetmə qruplarının hadisə yerinə gəldiyi paylaşılıb.

Səfirlikdən verilən məlumata görə, maskalı şəxslər boya və tüstü bombaları ilə hücum edib.

Hadisə yerinə polis və xilasetmə qrupları gəlib, hücumla bağlı araşdırma başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş