“Miqrant qaçaqmalçılığının 29 təşkilatçısı saxlanılıb, 687 qanunsuz miqrant tutulub"
Türkiyənin 81 əyalətində miqrant qaçaqmalçılığı təşkilatçılarına qarşı əməliyyat keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya sosial media səhifəsində paylaşım edib.
"Türkiyə boyunca qaçaqmalçılara və qanunsuz miqrantlara qarşı keçirilən əməliyyatlar zamanı miqrant qaçaqmalçılığının 29 təşkilatçısı saxlanılıb, 687 qanunsuz miqrant tutulub", - deyə nazir vurğulayıb.