Türkiyədə zəlzələdə ölənlərin sayı 50 mini keçib

Dünya

20.03.2023 - 22:28

Yaralananların sayı 107 min 204-dür

Türkiyənin mərkəzi Kahramanmaraş vilayəti olan, on rayonda dağıntılara səbəb zəlzələ nəticəsində həlak olanların sayı 50 mini ötüb.

AYNA qardaş ölkə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer bildirib.

Sezer təbii fəlakət nəticəsində həlak olanların sayının 50 min 96, yaralananların sayının isə 107 min 204 nəfər olduğunu bildirib.

Müəllif: Ayna.az