Türkiyədə zəlzələ qurbanlarının sayı artır

Dünya

13.02.2023 - 13:55

cedabet dərman SEO Xidməti

Fəlakətdə həlak olanların sayı 32 minə yaxınlaşır

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 31 min 643 nəfərə çatıb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xilasetmə işlərinin davam etdirildiyi qeyd olunub.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkilərə səbəb olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş