Türkiyədə zəlzələ qurbanlarının sayı 7 mini keçib

Dünya

08.02.2023 - 14:02

Xəsarət alanların sayı isə 40 min 910 nəfərdir”

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 7108 nəfərə çatıb. AYNAxəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

“Son məlumatlara görə, zəlzələ nəticəsində 7 108 nəfər həlak olub, xəsarət alanların sayı isə 40 min 910 nəfərdir”, - AFAD-ın məlumatında qeyd edilib.

Qeyd edək ki, fevralın 6-na keçən gecə Türkiyədə 1939-cu ildən bəri ölkədə ən güclü zəlzələ baş verib. 7,8 bal gücündə baş verən zəlzələnin episentri ölkənin cənubundakı Kahramanmaraş vilayəti olub. Günün ikinci yarısında ölkənin mərkəzi hissəsində 7,7 bal gücündə ikinci zəlzələ qeydə alınıb.

Müəllif: Ayna.az