Osmaniye bölgəsində 4,4 bal gücündə zəlzələ baş verib
Türkiyənin Osmaniye bölgəsində 4,4 maqnitudada zəlzələ baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanın ocağı 8.8 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.