Türkiyədə zəlzələ olub

Dünya

11.12.2020 - 07:09

Yeraltı təkanlar 10 dəqiqəlik fasilə ilə qeydə alınıb

 

Türkiyəni Çorum şəhərində iki zəlzələ baş verib. AYNA-nın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

 

Qeyd edilir ki, yeraltı təkanlar 10 dəqiqəlik fasilə ilə qeydə alınıb. Birinci zəlzələ yerli vaxtla saat 01:24-də 3,7 bal, ikinci zəlzələ isə saat 1:34-də 2,4 bal gücündə olub.

 

Zəlzələ Uğurludağda sakinlər arasında qısa müddətli təlaşa səbəb olub.

 

Dağıntı və ya tələfat qeydə alınmayıb.

Müəllif: Ayna.az