Türkiyədə güclü zəlzələ olub
Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 84 nəfər yaralanıb.
AYNA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Malatyada üç, Elazığda isə üç nəfər dünyasını dəyişib.
* * *
Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində dörd nəfər həyatını itirib.
AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki, Malatyada iki, Elazığda iki nəfər ölüb.
Onun sözlərinə görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb:
"Həmin binada yaşayış olub. Xilasedicilər hadisə yerinə cəlb edilib. Dağıntı altında qalan insanları çıxarmağa çalışırlar. Bir nəfər sağ olaraq dağıntılar altından çıxarılıb. Ümid edirəm ki, çox itkimiz olmaz".