Türkiyədə yoluxma və ölüm sayında azalma

Dünya

15.01.2021 - 01:48

Koronavirus can almağa davam edir 

 

Türkiyədə son sutka ərzində koronavirusdan 170 nəfər dünyasını dəyişib, 958-i simptomatik olmaqla 8962 pasiyent "COVID-19" xəstəsi kimi qeydiyyata alınıb. 

 

AYNA xəbər verir ki, bununla da ölkədə "COVID-19"dan ölənlərin sayı 23495-ə, bu virusa yoluxanların sayı isə 2 364 801-ə çatıb.

 

Ümumilikdə 26 milyondan çox test aparılıb. 

Müəllif: Ayna.az