Türkiyədə təbii fəlakət: 13 nəfər həlak olub, ölənlərin sayı arta bilər

Dünya

05.02.2020 - 15:51

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda uçqun altında qalan digər şəxslərin axtarış-xilasetmə işləri davam edir

 

Türkiyənin Van vilayətində qar uçqunu baş verib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, mikroavtobusun üzərinə düşən böyük buz parçası nəticəsində 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

 

Van valisi Mehmet Emin Bilmez uçqundan sonra 25 adamın xəstəxanaya aparıldığını, Baxçasaray Bələdiyyə sədri Meki Arvas isə bölgədə 50-dən çox insanın uçqun altında qaldığını açıqlayıb.

 

Lakin axtarış-xilasetmə işləri davam edərkən ikinci dəfə qar uçqunu baş verib. Belə ki, Van-Baxçasaray magistral yolunun 33-cü kilometrliyində baş verən uçqundan sonra, bölgə növbəti dəfə təbii fəlakətlə üzləşib. Bu dəfə 30 nəfər xilas olsa da, 8 nəfər həyatını itirib.

 

Hazırda uçqun altında qalan digər şəxslərin axtarış-xilasetmə işləri davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş