Türkiyədə tarixi gün

Dünya

28.05.2023 - 00:45

Həkimlər Klinikalar SEO Xidməti

Bu gün ikinci tur prezident seçkiləri keçiriləcək

Bu gün Türkiyədə prezident seçkisinin ikinci turu keçiriləcək. AYNA xəbər verir ki, seçki yarışında iki rəqib– “Cümhur İttifaqı”nın namizədi, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, digəri isə “Millət İttifaqı”nın namizədi, Cüçhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu var.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Parlament seçkisində “Cümhur İttifaqı” 323 yerlə parlamentdə çoxluq qazanıb.

Prezident seçkisinə gəlincə, ilk turda Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. “Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17 faiz səs yığıb.

Rəcəb Tayyib Ərdoğanın səs faizi çox olsa da, ilk turda qalib gəlmək üçün lazım olan 50+1 faiz səs baryeri keçilmədiyinə görə seçki ikinci tura qalıb.

Sinan Oğan ikinci turda Rəcəb Tayyib Ərdoğanı, Ata İttifaqında təmsil olunan digər siyasətçi Ümit Özdağ isə Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini bəyan edib.

 

Müəllif: Ayna.az