4 min 107 terrorçu öldürülüb, 2 min 762-si isə sağ ələ keçirilib
Son beş ildə Türkiyə ərazisində antiterror əməliyyatları nəticəsində 8 min 650 PKK terrorçusu zərərsizləşdirilib. AYNA Türkiyə mətbuatına istinadən bildirir ki, zərərsizləşdirilən terrorçuların sayı 2016-cı ildə 3 min 560, ötən il 1250, bu il isə 506 nəfər təşkil edib.
Onlardan 4 min 107-i öldürülüb, 2 min 762-si isə sağ ələ keçirilib. Könüllü təslim olan terrorçuların sayı isə 1781 nəfərdir.
Türkiyədə PKK terror təşkilatına qarşı 2016-cı ildən indiyədək 394 min 535, bu il isə 67 min 985 əməliyyat keçirilib. Son beş il ərzində saxlanılan 75 min 453 şübhəlidən 19 min 18-i həbs edilib.