Yaralılardan 4 nəfərin vəziyyəti ağırdır
Türkiyədə qarlı hava ağır yol-nəqliyyat hadisəsinə səbəb olub. AYNA Anadolu agentliyinə istinadən xəbər verir ki, Diyarbəkir-Şanlıurfa şosesində hərəkət edən avtobus yolun buzlamasına görə idarəetməni itirərək dərəyə aşıb.
Qəza nəticəsində 4-ü ağır olmaqla 30 sərnişin xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasetmə qüvvələri cəlb olunub.
Yaralılar xəstəxanaya aparılıb.
