Aviareyslərin fəaliyyətinin isə iyunun 4-dən etibarən bərpası nəzərdə tutulur
Türkiyədə koronavirus səbəbindən fəaliyyəti dayandırılan qatarların iş rejimi bərpa olunub. Bu barədə AYNA Türkiyə mətbuatına istinadən məlumat verir.
Artıq Ankara dəmir yolu stansiyasında bərpa ilə bağlı ilk qatar yolasalınması mərasimi keçirilib. İlk sərnişin qatarı Ankara-İstanbul magistralı üzrə hərəkətə başlayıb. Mərasimdə iştirak edən Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu sərnişin qatarlarının hərəkət qrafiki, istifadə qaydaları, bilet satışı kimi məsələlərə dair qaydaları açıqlayıb.
Qeyd edək ki, ölkə daxilində aviareyslərin fəaliyyətinin isə iyunun 4-dən etibarən bərpası nəzərdə tutulur.
Xatırladaq ki, Türkiyədə pandemiya ilə əlaqədar mart ayındanq etibarən qatar və aviareyslərin fəaliyyəti dayandırılıb.